9 iyn 2023 13:57
Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Metbuat.az bildirir ki, hadisəni törədən Nihad Malızadə bıçaqlanan Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlala Azadova zərbələr endirib.
Sükan arxasında olan Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.
Cəlal Azadovu əməliyyat edən həkim Rəşad Fərzullayev "Apa"ya bildirib ki, xəstə ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır.