1 iyn 2023 18:00
Millətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda hər kəsin hüquqları dövlət tərəfindən qorunur. Onlar ölkəmizdə sülh şəraitində yaşayırlar. Bugünkü vəziyyət, Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin inkişafı üçün görülən böyük işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Metbuat.az xəbər verir ki, bu fikirləri “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
O qeyd edib ki, bu gün Azərbaycan həm regionda, həm də dünya səviyyəsində böyük nüfuz qazanıb. Xalqımız isə azərbaycançılıq ideologiyası ətrafında birləşib.