METBUAT.AZ

Sosial

Azərbaycanda muzdla çalışan işçilərin sayı 2%-ə yaxın artıb

12 iyn 2023 12:29

2023-cü il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və ya 1,9% artaraq 1734,2 min nəfər olub, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, muzdla işləyənlərin 19,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,85%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8% artaraq 913,9 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


metbuat.az.