METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları

22 iyn 2023 11:43

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin təşkilatlar aşağıdakılardır:

- Azərbaycan Mərkəzi Bankı;

- banklar və xarici bankların yerli filialları;

- Bank olmayan kredit təşkilatları;

- Poçt rabitəsinin milli operatoru;

- Ödəniş təşkilatları;

- Elektron pul təşkilatları.


metbuat.az.