METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda sənaye məhsulu istehsalı

13 iyn 2023 16:12

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-may aylarında 29,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8% azalmış, qeyri neft-qaz sektorunda isə 7,4% artıb.

Bu barədə Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, sənaye məhsulunun 70,4%-i mədənçıxarma sektorunda, 24,45-i emal sektorunda, 4,55%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Xatırladaq ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,4% azalıb, əmtəəlik qaz hasilatı isə 2,9% artıb. Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 86,4%, poliqrafiya məhsullarının istehsalı 50,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 49,9 faiz, kağız və karton istehsalı 40,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9%, içkilərin istehsalı 27,4%, neft məhsullarının istehsalı 25,4%, tikinti materiallarının istehsalı 18,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,5 faiz, qida məhsullarının istehsalı 13,3%, hazır metal məmulatlarının istehsalı 9,7 faiz, maşın və avadanlıqların istehsalı 9%, kimya sənayesi məhsullarının istehsalı 8,9%, tütün məmulatlarının istehsalı 8,4 faiz, mebel istehsalı 4,4%, elektrik avadanlıqlarının istehsalı 2,4% artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,4%, əczaçılıq məhsullarının istehsalı 16,4%, sair sənaye məhsullarının istehsalı 18,7%, geyim istehsalı 28,4%, sair nəqliyyat vasitələrinin istehsalı 30,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 37,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 40,1% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,5% artıb.


metbuat.az.