METBUAT.AZ

Ölkə

Azərbaycanda skuterlər üçün yol zolağının salınması təklif olunur

6 iyn 2023 15:04

Azərbaycanda skuterlər üçün yol zolağının salınması təklif olunur.

Metbuat.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Emin Hacıyev parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, skuter sürənlər yolda piyada və avtomobillərə dəyir və bu da ciddi narazılığa səbəb olur: "Bu sahədə vəziyyəti nizama salmaq və təhlükəsizliyi təmin etmək üçün müvafiq infrastruktur yaradılmalıdır. Artıq skuterlər və velosipedlər üçün xüsusi yol zolağının ayrılması zərurətə çevrilib. Bu da sağlam həyat şəraitinə gətirib çıxara və tıxacların azalmasına səbəb ola bilər".


metbuat.az.