METBUAT.AZ

Gündəm

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo

16 iyn 2023 12:17

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.


metbuat.az.