1 iyn 2023 14:44
Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdırlar.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. O qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır: "Bunun üçün ən güclü mexanizmi seçmək lazımdır. Tərəflərdən birinin təminatçı olması yaxşıdır, amma bunun kim olacağı barədə düşünməliyik".