7 iyn 2023 12:11
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun başına iş gəlib.
Metbuat.az "bizim media"ya istinadən xəbər verir ki, 29 yaşını Maldiv adalarında qeyd edən Hüseyn təyyarə ilə Dubaya geri qayıdarkən tualetin qapısı bağlandığına görə, orada 15 dəqiqədən artıq qalmalı olub.
Bu haqda Həsənov sosial şəbəkə hesabında məlumat yayıb.
"Təyyarənin tualetində qaldım. Qapı açılmaq istəmirdi. Bu təyyarənin tualeti isə dolaba bənzəyir. Kiçikdir. Mən qapalı məkanda qala bilmirəm. Bu 15 dəqiqə həyatımda ən dəhşətli anlar idi. Panik atak oldum. Qısaca - qorxumla göz-gözə gəldim. Bundan sonra təyyarələrin tualetinə daxil olmayacağam", - deyə Hüseyn vurğulayıb.