13 iyn 2023 16:53
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-271 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş aeroportuna qayıtmaq qərarına gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Təyyarə saat 16:10-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcək.