1 iyn 2023 13:15
Bakı sakininin bank kartından oğurluq edilib.
Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatı oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb.