2 iyn 2023 12:55
Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə 112 küçəsində yerləşən beşmərtəbəli binanın girişinə narkomanlar dadanıb.
Bu barədə sakinlərdən Metbuat.az-ın qaynar xəttinə görüntülər göndərilib.
Kadrlarda binanın girişində natəmizliyin, zibilliyin olduğu açıq-aydın görünür. Şikayətçi olan sakin deyir ki, hər axşam narkotik istifadəçiləri binanın birinci və ikinci mərtəbələrinə qədər çıxıb “işlərini” gördükdən sonrayerə şprisləri ataraq binada yaşayan azyaşlılar üçün təhlükəli vəziyyət yaradırlar.
“Qızım hər gün bağçaya gedəndə binanın birinci və ikinci mərtəbələrində olan şprisləri göstərib bura niyə atıldını soruşur. Mən ona onlara toxunmamaqbarədə danışmışam, amma uşaqdır birdən əl atsa, barmağına həmin iynənin ucu toxunsa kim övladımın sağlamlığına görə cavadeh olacaq?”.
Şikayətçi deyir ki, bir müddət əvvəl polis reyd keçirərək ərazidə olan narkokuryer və istifadəçilərini saxlasa da, son zamanlar yenidən vəziyyət əvvəlki halına qayıdıb.
Məlumat üçün bildirək ki, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Vəziyyəti nəzarətdə saxlayıb, bu mövzuya yenidən qayıdacayıq.
METBUAT.AZ