METBUAT.AZ

Hadisə

Bakıda evdən 12 min manat oğurlanıb

3 iyn 2023 18:41

Binəqədi rayonunun Görədil bağlar sahəsindəki evlərin birindən 12 min manatlıq oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görədil bağlar sahəsindəki evlərin birindən 12 min manat dəyərində mebel dəsti, qaz sobaları, təmir alətləri və digər məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Vasif Həsənov, Tərtər rayon sakinləri Şəhriyar İngilisli və Orxan Paşayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.