METBUAT.AZ

Hadisə

Bakıda mazutluq və məişət tullantıları olan ərazi yanır

12 iyn 2023 19:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


metbuat.az.