METBUAT.AZ

Hadisə

Bakıda silahlı şəxs saxlanıldı -

5 iyn 2023 11:00

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədədpatron aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


metbuat.az.