METBUAT.AZ

İdman

"Barselona", "Bavariya" və "Liverpul"un istədiyi Arda sürpriz qərar verdi

21 iyn 2023 13:45

“Fənərbaxça”nın gənc istedadı Arda Güler “Ayaks” klubu ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzeti məlumat verib. Bildirilir ki, Arda Gülərin “Ayaks”a razılıq verməsinə baxmayaraq, “Milan” klubu israrını davam etdirir. “Fənərbaxça” isə Ardanın daha bir klubda qalmasını istəyir. Məlumata görə, 18 yaşlı futbolçu ilə "Barselona", "Bavariya", "Liverpul", "Arsenal" və “Borussiya Dortmund” kimi klublar da maraqlanır. Amma “Ayaks” Arda Güleri və onun ailəsini razı salıb.

Hollandiya mətbuatının məlumatına görə, Ardanın ailəsi Amsterdamda ev axtarmağa başlayıb. Bildirilir ki, “Ayaks” Arda üçün 17,5 milyonluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.


metbuat.az.