30 iyn 2023 11:25
"Barselona" prezidenti Joan Laporta "Fənərbaxça"nın futbolçusu Arda Güleri transfer etmək istədiklərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, 18 yaşlı yarımmüdafiəçi üçün "Fənərbaxça" ilə danışıqlar aparılır:
“İdman direktoru Deku hazırda Arda Gülərin keçidi üzərində işləyir. Skautlarımız uzun müddətdir Ardanı izləyirlər. Bu məsələdə Dekunun da müsbət fikri var. Gələn il transferi tamamlamağa çalışacağıq".
Qeyd edək ki, Arda Gülerlə Avropanın digər nəgəng klubları da maraqlanır.