21 iyn 2023 16:41
ABŞ Prezidenti Co Bayden Pxenyan rəhbərliyinin Koreya yarımadasında sülhü təhdid edən hərəkətləri səbəbiylə elan edilən fövqəladə vəziyyətin müddətini uzadıb.
Metbuat.az xəbər verir ki, Bayden bu barədə ABŞ Konqresinə məlumat verib.
Bayden bu barədə Konqresə məktub ünvanlayıb:
“Şimali Koreya administrasiyasının yarımadada sabitliyi təhdid edən təxribatçı siyasəti, ABŞ ordusunu, regiondakı müttəfiqlərini və kommersiya tərəfdaşlarını təhlükə altına qoyan, nüvə silahının inkişafını hədəfləyən silah və raket proqramları təhlükəlidir. Şimali Koreyanın hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə yaratmaqda davam edir”.