METBUAT.AZ

Dünya

Belarusa yerləşən muzdlular Polşanı hərəkətə keçirdi

30 iyn 2023 14:15

Polşa “Vaqner” muzdlularının Belarusa getməsindən sonra bu ölkə ilə sərhədini möhkəmləndirmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə İşləri üzrə Nazirlər Komitəsinin sədri Yaroslav Kaçinski müdafiə naziri Mariuş Blaşçak ilə görüşdən sonra açıqlama verib. O bildirib ki, Belarusa 8 min muzdlu döyüşçünün yerləşəcəyinə dair məlumatlar var.

“Bu, Ukrayna üçün təhlükəli olduğu kimi Litva üçün, bəlkə də bizim üçün də potensial təhlükədir. Hibrid müharibəsinin indiyə qədər apardığımız daha çətin və yeni mərhələsi ola bilər. Ona görə də şərq sərhədimizi gücləndirmək üçün qərarları qəbul edilib" - Yaroslav Kaçinski deyib.


metbuat.az.