METBUAT.AZ

İdman

Benzema bu kluba transfer oldu -

6 iyn 2023 22:54

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı hücumçu Kərim Benzema ilə müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, klub bu haqda tviter hesabında açıqlama yayıb.

35 yaşlı hücumçunun müqaviləsi 3 illik olacaq. İlk iki mövsüm üçün “Qızıl top”un hazırkı sahibi təxminən 200 milyon avro alacaq.

Xatırladaq ki, iyunun 4-də “Real Madrid” 35 yaşlı hücumçunun mövsümün sonunda ayrılacağını açıqlamışdı.


metbuat.az.