METBUAT.AZ

Ölkə

Bəxtiyar Hacıyevə əlavə ittihamlar

16 iyn 2023 17:01

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar irəli sürülüb.

Metbuat.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin ittihamlar Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 206-cı (qaçaqmalçılıq) maddələrindən ibarətdir.

Qeyd edək ki, B.Hacıyev ötən ilin dekabrın 9-da həbs edilib. O, ilk olaraq CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub.

İctimai fəalın həbs müddəti iyunun 28-dək uzadılıb.


metbuat.az.