METBUAT.AZ

Ölkə

Beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr

16 iyn 2023 14:33

Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə aşağıdakı yeni cərimələr nəzərdə tutulur:

- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;

- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son məntəqəsindən kənarda həyata keçirilməsinə;

- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;

- Qeyri-muntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə - 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


metbuat.az.