METBUAT.AZ

Sosial

Birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında

24 iyn 2023 11:49

2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda aylıq müavinət alanların sayında 4,3% (17290 nəfər) artım, birdəfəlik müavinət təyin edilmiş şəxslərin sayında isə 19,1% (16060 nəfər) azalma olub.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi jurnalı"nda bildirilib.

Qeyd edək ki, aylıq müavinət alan şəxslərin sayındakı artım yaşa görə müavinət təyin edilmiş şəxslərin sayındakı artım ilə əlaqədardır ki, bu da sosial müavinətin təyin edilməsi üçün müəyyən olunmuş yaş həddinin əvvəlki illərlə müqayisədə 2020-ci ildən başlayaraq azaldılması, başqa sözlə pensiya təyinatı üçün müəyyən edilmiş yaş həddi ilə bərabərləşdirilməsi hesabına baş verilib.

Birdəfəlik müavinətlər üzrə say göstəricisinin azalma dinamikası ilə müşayiət olunması dövr ərzində yeni doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə aşağı olması ilə əlaqədardır.

Sosial müavinətlərin maliyyələşdirilməsi üzrə xərc edilmiş vəsaitin həcmi 31,4% (189983,1 min manat) artıma sahib olub. Belə ki, orta hesabla bir nəfərə düşən sosial müavinət məbləği 2020-ci ildə 101,7 manat olduğu halda, 2022-ci ildə 34,2% artaraq 136,5 manat olub.


metbuat.az.