14 iyn 2023 16:24
Xalq artisti Mənsum İbrahimov efirlə bağlı şuranın yaradılması təklifini irəli sürüb.
Metbuat.az xəbər verir ki, bu haqda xanəndə qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
O bildirib ki, buna səbəb efirdə bayağı mahnıların səslənməsidir:
“Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir”.