METBUAT.AZ

Sosial

Bu il maaşlar arta bilər? -

7 iyn 2023 14:18

Bu il kütləvi şəkildə əməkhaqqlarının artma ehtimalı mümkün deyil.

Bunu iqtisadçı - ekspert Edəniz Əmirov Metbuat.az-a açıqlamasında qeyd edib. Onun sözlərinə görə, büdcəyə edilən dəyişikliklə əsaslı xərclər artırılıb, cari xərclər isə azaldılıb:

"Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin xərcləri 36,5 milyard manat məbləğində proqnozlaşdırılır. Artıma gəlincə, bu, ilin əvvəlinin büdcə proqnozundan 3,2 milyard və 9,6% çoxdur. Biz xərc istiqamətlərinə baxdıqda, büdcədən edilən əsaslı xərclər təxminən 3,7 milyard manat artırılıb. Əsaslı xərclərin artırılmasına əsas səbəb işğaldan azad olunan ərazilərdə yenidənqurma və quruculuq işlərinə fokulanmaqdır. 3 milyard ayrılmışdı, yenidən 2,26 milyard da yenidən ayrıldı. Bununla da işğaldan azad olunan ərazilərdə 5,26 milyard manat vəsait xərclənməsi nəzərdə tutulur. Amma cari xərclər 681 milyon manat və ya 3% azaldılıb. Cari xərclər artanda biz əməkhaqlarının artımını ehtimal edə bilərik".

Eldəniz Əmirov qeyd edib ki, səhiyyə və təhsil xərclərində də azalmalar olub. Bu səbəbdən ümumlikdə ölkə üzrə maaş artımlarının olacağı ehtimal edilmir:

"Ola bilər ki, sonrakı mərhələlərdə dəyişiklik ola bilər. Amma hazırki büdcə dəyişikliyi ilə kütləvi şəkildə əməkhaqqlarının artma ehtimalını mümkün hesab etmirəm. Müəyyən sektorlar üzrə isə maaş, pensiya artımları mümkün ola bilər".


metbuat.az.