13 iyn 2023 17:08
Bu il Azərbaycanda 1122 əkiz, 63 üçəm doğulub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.