METBUAT.AZ

Ölkə

Bu partiyalar

21 iyn 2023 09:54

Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq.


metbuat.az.