METBUAT.AZ

İqtisadiyyat

Bu qiymətlər dövlət tərəfindən tənzimlənməyəcək

26 iyn 2023 17:45

“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri və dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətlərinin qiymətlərini dövlət tənzimləməyəcək.


metbuat.az.