1 iyn 2023 13:42
İyunun 1-i saat 12:00-a olan məlumata görə, hava şəraiti sabit, əsasən yağmursuzdur.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, zəif şərq küləyi əsir:
“Mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək əsməsi müşahidə olunsa da, hazırda zəif şərq küləyi əsir. Havanın temperature 24-26 dərəcə istidir. Qəbələ, Şamaxı, Şəki, Zaqatala rayonlarında da dünən axşam saatlarında intensive yağışlar müşahidə olunub. Lakin bu gün saat 12:00 məlumatına əsasən, hava yağmursuzdur. Havanın temperaturu 22-23 dərəcə istidir”.
Gülşad Məmmədova qeyd edib ki, bu gün günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq. Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa sel keçəcəyi istisna olunmur.