METBUAT.AZ

Ölkə

Bu rayonlarda qaz olmayacaq

13 iyn 2023 16:33

Bu ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində aparılacaq təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qeyd olunan səbəbdən 15-16.06.2023-cü il tarixlərində “Ucar”, “Lək”, “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Qeyd olunur ki,15-16.06.2023-cü il tarixlərində təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.


metbuat.az.