17 iyn 2023 19:30
İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Metbuat.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.