2 iyn 2023 17:06
Skuterlərin bulvar ərazisində hərəkətinə dünəndən qadağa qoyulub.
Metbuat.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addım skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğuna görə atılıb.