METBUAT.AZ

Siyasət

Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə

21 iyn 2023 16:01

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə nazir öz "Twitter" hesabında qeyd edib.

"Hörmətli həmkarım və dostumla - Albaniyanın xarici işlər naziri Olta Xhaçka ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşməkdən məmnunam. Bizim Azərbaycan- Albaniya ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini nəzərdən keçirmək və onun inkişaf perspektivləri haqqında ətraflı danışmaq şansımız oldu", - deyə nazir qeyd edib.


metbuat.az.