17 iyn 2023 20:50
Tanınmış aparıcı Çinarə Əliyevanın xına məclislərindən birində başına maraqlı hadisə gəlib.
Metbuat.az bildirir ki, aparıcı Xəzər TV-də yayımlanan “Qonağın qonağı” proqramında bu barədə danışıb:
“Qızlarımız hamısı gözəldir. Gəlinə “Azərbaycan gözəli” deyə, xitab elədim. Qayınana mənə pis-pis baxdı ki, sən neyləmək istəyirsən? Döndüm dedim ki, gözəllər gözəli, nur simalı. Qayınana gəldi, cibimə 100 manat basdı ki, sən bunu tərifləyirsən, bu, o deyil axı. Oğlunu qısqanır deyə, belə edir”, - deyə, Çinarə söyləyib.