METBUAT.AZ

İqtisadiyyat

"Çin ABŞ dolları üçün təhlükə yaradır" -

14 iyn 2023 10:42

"Çin qlobal bazarda ABŞ dollarının mövqeyi üçün ciddi təhlükə yaradır".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin silahlara nəzarət üzrə keçmiş nümayəndəsi Marşal Billinqsley deyib. Onun sözlərinə görə, Çin Rusiyaya tətbiq edilən sanksiyalardan dərs çıxarıb və iqtisadi təhlükəsizliyi gücləndirməyə başlayıb:

"Buna görə, Çin qızıl ehtiyatlarını artırıb və ABŞ dövlət istiqrazlarına investisiyanı azaldıb. Çin də bank sektorunun aktivlərini artıraraq maliyyə sistemini sanksiyalara davamlı edir. Çin, Rusiya və Braziliya dollara alternativ yaratmağa çalışırlar".

O bildirib ki, Çin bu addımı ABŞ-ı dünya lideri mövqeyindən düşürmək yolu kimi görür və Çin ciddi məhdudiyyətlər tətbiq etsə, ABŞ iqtisadiyyatına zərbə vura bilər.


metbuat.az.