20 iyn 2023 16:30
Azərbaycanda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir. Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Məlum olduğu kimi, hazırda dərmanların qiymətlərindəki özbaşınalıq ciddi narazılıqlara səbəb olub. Bəs qanuna edilən dəyişiklik nəyi dəyişdirəcək?
Metbuat.az-a danışan ekspert Azər Mehtiyev bildirir ki, ölkəyə dərman idxalı və dərman istehsalı inhisardan çıxarılmalıdır. Əks halda, tədbirlər effektli olmayacaq:
"Nə qədər ki, ölkəyə dərman idxalı və dərman istehsalı inhisarda olacaq dərman bazarındakı özbaşınalıq aradan qalxmayacaq. Nəzərət qurumlarını artırmağın xeyiri yoxdur. Nəzarət qurumlarının işlək məsuliyyətə cəlb etmə mexanizmləri də yoxdur".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə saytımıza açıqlamasında əksinə, edilən dəyişikliklə dərman sahəsində çatışmazlıqların aradan qalxacağını bildirib. O bildirib ki, bu qanunla dərman sahəsindəki qıtlıq aradan qalxacaq:
"Qanun layihəsinin qəbul edilməsi ilə birmənalı olaraq ölkəmizdə dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılmasına səbəb olacaq. Eləcə də ölkədə yarana biləcək dərman qıtlığının aradan qalxacaq. Dərman vasitələrinin istehsalı ilə məşğul olan etibarlı və tanınmış istehsalçıların dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi ilə innovativ dərman vasitələrinin dövlət qeydiyyatına cəlb edilməsi, bunun yanında ekspertizanın həyata keçirilmə müddətinin, ən əsası daha əvvəlki vaxtlarla müqayisədə azaldılması, tələb edilən sənədlərin azaldılması, sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi baş tutacaq. Dünyada, xüsusən Avropa ölkələri daxil olmaqla qəbul edilmiş və onların qeydiyyatından keçmiş və dünyada istifadəsi qəbul edilmiş dərmanların ölkəyə çox sadə üsulla gətirilməsinə imkan yaradacaq. Bu da özlüyündə gələcəkdə həm qiymətlərin tənzimlənməsi, həm bazarda sağlam rəqabətin yaranmasına imkan yaradacaq. Xüsusən dünyada farmaseptika sahəsində aparıcı qurumların və təşkilatların ölkəmizdə fəaliyyətini daha da rahat bir şəkildə qurmasına şərait yaradılacaq".
Onun sözlərinə görə, bu qanun dərman vasitələrinin, vətəndaşın vətəndaşa əlçatanlığının daha yüksək səviyyədə, keyfiyyətli və ən əsası uyğun qiymətdə olmasına imkan yaradacaq bir qanun layihəsidir: "Əminik ki, digər millət vəkillərinin də dəstəkləməsi ilə bu qanun layihəsinin keçməsinə biz nail olacağıq və gələcəkdə bunun nəticələrində həm vətəndaş olaraq, həm səhiyyəçilər olaraq aydın bir şəkildə günlük həyatımızda hiss edəcəyik".
Məlumat üçün bildirək ki, dəyişikliklə aşağıdakılar nəzərdə tutulub:
Gülər Seymurqızı