METBUAT.AZ

Hadisə

DİN və AQTA birgə əməliyyat keçirib, 2 ton at əti götürülüb -

20 iyn 2023 12:12

Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız və ölü at ətinin mal əti adı altında satışını təşkil edən Səbuhi Abbasov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub. Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Səbuhi Abbasovun Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 2 tondan çox at əti maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalar zamanı aşkar olunmuş ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.



metbuat.az.