METBUAT.AZ

Sosial

DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat

19 iyn 2023 16:54

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılıb.


metbuat.az.