METBUAT.AZ

İdman

Dünya çempionu türk klubuna keçir

7 iyn 2023 09:25

Argentina millisinin futbolçusu Anxel Di Mariya İtaliya "Yuventus"undan ayrılıb.

Metbuat.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.

"Çətin və mürəkkəb prosesdən sonra karyeramda daha bir səhifənin sonuna gəldim. İlk gündən mənə göstərdikləri diqqətə görə bütün dostlarıma təşəkkür edirəm. Burada özümü həmişə evimdəki kimi hiss etmişəm. Bu, böyük sevgidir", - təcrübəli oyunçu yazıb.

Məlumata görə, Di Maria ilə "Fənərbaxça" və "Qalatasaray" klubları da yaxından maraqlanır. İddialara görə, "Qalatasaray" klubu hələ mövsümün fasiləsində Di Marianı transfer etməyə çalışsa da, futbolçu "Yuventus"da qalmağı seçib. Bildirilir ki, Di Mariya ilə mövsümün fasiləsində aparılan danışıqlar zamanı futbolçu Türkiyədə futbol oynamağa etiraz etməyib. Türkiyə mənbələri "Qalatasaray"ın Di Maria ilə apardığı danışıqların uğurlu olduğunu irəli sürüb.


metbuat.az.