METBUAT.AZ

Siyasət

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıb -

17 iyn 2023 22:38

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

Metbuat.az xəbər verir ki, iyunun 17-də Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Simpoziumun təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl, dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər.

Simpoziumda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən “Vətənin Təbibi” adlı filmin nümayişi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev belə böyük miqyaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb:


metbuat.az.