METBUAT.AZ

Şou-Biznes

Elməddin Cəfərov ilk dəfə xanımı ilə görüntüləndi -

25 iyn 2023 17:36

Aktyor Elməddin Cəfərov ilk dəfə həyat yoldaşı Zema ilə kamera qarşısına keçib.

Metbuat.az xəbər verir ki, "Zaurla Günaydın" aktyorun Gəncədəki evində qonaq olub. Zema heç vaxt görüntüsünün yayılmadığından danışıb. O bildirib ki, bunu ona Elməddin qadağa qoymayıb.

"Bu, mənim öz seçimimdir" deyə, o, bildirib.

Zema müəllim çalışdığını, bir neçə kitabın müəllifi olduğunu deyib.

Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.


metbuat.az.