12 iyn 2023 12:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özündən sonra dövlət başçısı postunda və ya hakim Ədalət və İnkişaf partiyasının rəhbərliyində hazırki xarici işlər naziri Hakan Fidanı düşünür. Bu səbəbdən onun xarici işlər naziri postuna təyin olunduğu irəli sürülür.
Metbuat.az xəbər verir ki, türkiyəli ekspertlər hesab edir ki, Hakan Fidan ölkənin siyasətinin detallarını daha dərindən bilir. Ekspertlərin sözlərinə görə, Hakan Fidan Türkiyənin xarici siyasətində son illər fəal iştirak edib. Analitiklər onun keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müxtəlif toplantılarda iştirak etdiyinə diqqət çəkib. Bildirilir ki, xarici mediada da Hakan Fidanın Türkiyədə dövlət rəhbəri postunda yer alacağına dair xəbərlər dərc edilib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 3 dəfə prezident seçildiyinə görə, növbəti dəfə namizəd ola biməyəcək. Ərdoğan bundan əvvəlki açıqlamalarında Hakan Fidan üçün “O mənim sirr qutumdur” demişdi.