2 iyn 2023 09:12
Türkiyənin “Resmi Gazete”sində Prezident Rəcəb Tayyib Ərdoğanın gəlir bəyannaməsi yayımlanıb.
Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bəyannamədə Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla birlikdə mal varlığı açıqlanıb. Açıqlamaya görə, onların adında Rize Güneysuda 10 min lirə dəyərində 2 min kvadrat metr torpaq sahəsi, Üsküdar Kısıklıda Əminə Ərdoğanın adına qeydiyyatlı olan 15 milyon 390 min lirə dəyərində mənzil, banklarda isə ümumilikdə cəmi 1 milyon 884 min 878 lirə var.
Bəyannamədə Ərdoğanın qardaşı Mustafa Ərdoğana 5 milyon 390 min lirə borcu olduğu bildirilib.