METBUAT.AZ

Siyasət

Ermənilər Qafqazşünas alimi girov götürdülər:

30 iyn 2023 13:49

“Qafqazşünas alim olaraq Ermənistana səfərim zamanı oradan deportasiya olundum. Məni Türkiyə casusu olmaqda ittiham edib, sonra da təhqir etdilər”.

Bu fikirləri Metbuat.az-a müsahibəsində yaponiyalı alim, akademik Keisuke Vakizaka deyib.

Ermənistan xüsusi xidmət orqanları tərəfindən qanunsuz olaraq saxlanılan və girov götürülən K.Vakizaka bildirdi ki, erməni polisi onun ölkədə istənilməyən insanlar siyahısında olduğunu söyləyiblər.

“2019-cu ildən etibarən Qafqazda baş verən siyasi hərəkətlərin hamısını obyektiv formada analiz edib araşdırmışam. Ermənistana səfərim çərçivəsində orada olan tarixi yerləri görüb erməni dilində olan müxtəlif elmi kitablar almışdım. Məqsədim, Qafqaz və erməni tarixi ilə bağlı obyektiv araşdırma aparmaq idi. Geri qayıdanda pasportumu əlimdən alıb erməni təhlükəsizlik qüvvələri başqa bir otağa apardılar.Burada olan zaman mobil telefonumu götürüb şəxsi sosial hesablarımı nəzərdən keçirərək məni “türk casusu” olmaqda ittiham etdilər. Otaqda olan zaman ünsiyyət üçün tərcüməçi də yanıma vermədilər. Tez-tez ağır söyüşlərlə məni qorxudaraq stola vurub hətta bir anlıq əlindəki açarları da qəsdən üzümə çırpdılar”.

Bütün bunların onu dərindən sarsdığını ifadə edən Keisuke Vakikazaka qeyd etdi ki, Ermənistanın alimə qarşı bu davranışlari nə diplomatik, nə qonaqpərvərlik qaydalarına uyğundur.

“Mən erməni dilində bildiyim üçün onların suallarına cavab verə bilirdim. Məndən Qarabağın onların torpağı olması ilə bağlı fikirlər səsləndirməyimi istədilər. Mən isə beynəlxalq qanunlara əsasən vurğuladım ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Bu cavablarım onları o qədər hiddətləndirdi ki, erməni polis silahını çıxararaqbaşıma dirəyib məni öldürəcəyi ilə hədələdi. Daha sonra 5 il müddətində Ermənistanda həbsxanada saxlanılacağımı deyib, dəfələrlə mənəvi zorakılığa məruz qalmağıma səbəb oldular. Amma nəticədə girov kimi saxlanılmağımın heç bir qanuni əsası olmadığı üçün sərbəst buraxıldım”.

Tarixi həqiqətləri dünyaya çatdıran tədqiqatçıların dəfələrlə Ermənistandan qovulduğunu xatırladan politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında vurğuladı ki, artıq dünyada tanınmış bir çox araşdırmaçı alimlər də bu faktları təsdiq edirlər.


“Ermənistan istəmir ki, real faktlar üzə çıxsın, araşdırılsın. Saxta tarixi informasiyanı real kimi təqdim edən Ermənistan korrupsiyaya bulaşmış siyasətçilərin ətrafda olmasına daha çox maraq göstərir.Qərəzsiz münasibət sərgiləyən alimlərə qarşı daima təqib, zorakılıq hətta ölüm siyasəti yürüdən Ermənistan müxtəlif tarixçiləri də pulla alaraq mifoloji fon yaratmaq istiqamətində fəaliyyət göstərirlər”.

AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, politoloq Elnur Kəlbizadə Metbuat.az-a bildirdi ki, yaponiyalı alimin Ermənistana səfəri zamanı təzyiqlərlə üzləşməsi, Ermənistan polisi tərəfindən Türkiyəyə qarşı casusluqda suçlanması erməni xislətinin təzahürüdür.


“Ermənistan tərəfi heç vax elmi faktlara, alimlərə obyektiv münasibət göstər bilməmişdilər. Ermənistan dövləti də yaxşı bilir ki, onlar Qafqazın tarixini, o cümlədən Ermənistanın mövcud olduğu ərazinin tarixini də saxtalaşdırıblar. Əslində, ermənilər özləri də başa düşməlidirlər ki, hansısa yaponiyalı alimin Türkiyə casusu kimi günahlandırılmasından absurd heç bir şey yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.