METBUAT.AZ

Ölkə

Ermənistandan Naxçıvana ekoloji təhdid -

8 iyn 2023 13:42

Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasını aparır. Bu məsələ ilə bağlı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan QHT-ləri yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.

Ermənistanın bu addımnın ekologiyamıza hansı təsirləri olacaq?

Metbuat.az-a danışan Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev bildirib ki, zavodun tikildiyi ərazi Araz çayına yaxın olduğu çayı çirkləndirə bilər. Çünki tullantılarn təmizənərək axıdılması prosesini nəzarətdə saxlamaq çətin olacaq:

"Bu zavodun Azərbaycanla sərhəd bölgəsində tikilməsi ölkəmizin ətraf mühitində ciddi fəsadlara yol aça bilər. Araz çayının yaxınlığında olduğu üçün zavodun çirkab suları Araza axıdılacaq. Tullantı sularının təmizlənərək axıdılması ümumiyyətlə dünyada böyük problmedir. Bunun üçün xüsusi nəzarət tələb olunur. Azərbaycan tərəfinin bu zavodun tullantılarının təmizlənərək xüsusi qaydalarla utiliziyanın həyata keçirilməsi prosesini nəzarətdə saxlamağı çətin olcaq. Hazırda iki ölkə arasında yaşanlar, ölkələrarası əlaqələrin məhdudluğu buna imkan verməyəcək. Zavodun tikintisinin tək Azərbaycanda deyil, regionda da fəsadlar yaradacağı ehtimal olunur".

Deputat Razi Nurullayev saytımıza açıqlamasında bildirib ki, Ermənistan qaydalara riayət etmirsə, ya zavodun tikintisini dayandırmalı, ya da ekologiyaya ziyan vurmayacağını sübut etməlidir:

"Bu zavod ətraf mühtin çirklənməsinə səbəb olacaq. BMT-nin Espo Konvensiyasına həm Azərbaycan, həm Ermənistan üzvdür. Konvensiyasının müddəalarına görə, sərhədyanı və sərhəd zonalarında zavod tikilərsə, mütləq şəkildə bu, həmin sərhəd ölkəsi ilə razılaşdırılmalıdır. Ekoloji təsirlər öyrənilməlidir. Qaydalara əməl edilməməsi, Konvensiyanın müddəalarının pozulmasıdır. Düşünürəm ki, Ermənistanın bu hərəkəti çox qanunsuzdur. Ermənistan onsuz da öz ərazisində tikdiyi zavodlarla Azərbaycanın təbiətini, sularını zəhərləyir. Ekoloji terror törədir. Hətta buna görə biz Laçın-Xankəndi yolunda 138 gün aksiya keçirdik. Azərbaycan yəqin ki, bununla bağlı həm BMT-yə, həm də bu məsələlərlə məşğul olan beynəlxalq qurumlara müraciət etməlidir. Ya zavodon tikintisi dayandırılmalıdır, ya da Ermənistan sübut etməlidir ki, tikilən zavod Azərbaycanın ekologiyasına və orada yaşayan insanların sağlamlığına zərər vurmayacaq".

Gülər Seymurqızı


metbuat.az.