METBUAT.AZ

Ölkə

Əsir saxlanılan Hüseynlə bağlı

21 iyn 2023 16:56

Naxçıvandan azaraq Ermənistana keçən ikinci Azərbaycan hərbçisi Hüseyn Axundova bu ölkədə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Metbuat.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bundan öncə onunla birlikdə azan Aqşin Bəbirov Azərbaycan tərəfinin qondarma adlandırdığı dinləmə yekununda azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.


metbuat.az.