26 iyn 2023 14:07
Qarabağın erməni əhalisinin Laçın sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçir.
Metbuat.az xəbər verir ki, teleqram kanallarında yayılan görüntülərdə erməni sakinlərin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradıldığı görünür.
Xatırladaq ki, iyunun 15-i saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.