METBUAT.AZ

Siyasət

“Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik” -

29 iyn 2023 21:08

“Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını üzüntü ilə öyrəndik”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “Twitter” hesabında yazıb.

“Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən yüksəklik itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.

Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Mən də Azərbaycan Prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram”, - F.Altun qeyd edib.


metbuat.az.