23 iyn 2023 12:57
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Əhməd Cavad küçəsində intensiv yağıntılar səbəbindən həyətyanı sahəsini su basmış fərdi yaşayış evində bir ailənin üç üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla 3 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.