26 iyn 2023 09:28
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncanmla Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusu - Elmir İbrahimov, Arif Həsənov, İslam Əmirağayev, Bilal Çompuzov və İlqar Qafarov “general-mayor” ali hərbi rütbəsi alıb.
Metbuat.az açıq mənbələrə istinadən xəbər verir ki, Arif Həsən oğlu Həsənov ötən ilin iyun ayında Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru təyin olunub.
General-mayor Elmir Zülfüqar oğlu İbrahimov Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır.
İslam Şixzadə oğlu Əmirağayev Vətən müharibəsində iştirakına görə 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.
Əslən Göyçaydan olan Qafarov İlqar Saab oğlu rayonun Əli Əfəndi adına Bığır kənd 1 nömrəli tam orta məktəbin məzunudur.
Bilal İsmayıl oğlu Çompuzov 1992-ci ildə Balakən rayon Nizami adına orta məktəbin məzunu olub. O, Vətən müharibəsi iştirakçısıdır.